Ukrayna Rusiyanın 4 helikopterini birdən məhv edib – VİDEO

Ukrayna Rusiyanın 4 helikopterini birdən məhv edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Baş Kəşfiyyat İdarəsi, Raket Qoşunları və artilleriya qoşunları ilə əməkdaşlıq sayəsində Rusiyanın arxa cəbhəsində bir dəfəyə dörd helikopteri – iki “Ka-52 Alligator” və iki “Mi-8”-i məhv edib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin “teleqram” kanalında məlumat və video yayımlanıb.

Helikopterlərin Belqorod vilayətində kamuflyajlı mövqedə yerləşdiyi və Ukrayna Silahlı Qüvvələrinə qarşı qəfil sürətli hücumlar üçün istifadə edildiyi bildirilir: “Biz bir daha sübut etdik ki, Xüsusi Əməliyyat Qüvvələri üçün əlçatmaz heç nə yoxdur. Biz işimizi davam etdiririk”.

“AzPolitika”