Ukrayna Rusiya PUA-larını ov tüfəngi ilə vurur: Yeni taktika

Ukrayna Rusiya PUA-larını ov tüfəngi ilə vurur: Yeni taktika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “The Wall Street Journal” nəşri Ukrayna ordusunun yeni taktikadan istifadə etdiyini yazıb.

Tribunainfo.az xəbər verir ki, həmin taktikaya əsasən Kiyev hərbçiləri rus PUA-larını ov tüfəngi ilə vururlar.

Jurnal qeyd edir ki, bunun üçün ukraynalılar maraqlı bir vasitə seçiblər. Belə ki, onlar köhnə YAK-52 təyyarəsindən istifadə edirlər. “Bu təyyarələr istismardan çıxarılıb. Onlar radara da düşmür. Onun üzərində qısa məsafəyə atəş aça bilən tüfənglər quraşdırılır. Havaya qalxan Yak-52 təyyarələri PUA-ların 90 metrliyinə qədər yaxınlaşırlar və atəş açırlar”.

Qərb nəşri onu da bildirib ki, bu üsulla Ukrayna ordusu onlarla rus PUA-sını sıradan çıxarıb.

Maraqlı detallardan biri də budur ki, YAK-52-lərin ekipaj üzvləri heç də peşəkar hərbçilər olmayıblar. Onlar əsasən peşəkar ovçulardan təşkil olunur. “YAK-52-nin ilk ekipaj üzvü 56 yaşlı pilot və 38 yaşlı ov tüfəngindən məharətlə istifadə edən şəxs olub”.

11-ci Ordunun briqada komandirinin müavini, polkovnik Mikola Lıxatski deyib ki, bu cütlük son bir ildə 300-ə yaxın döyüş tapşırığı yerinə yetirib və 60-a yaxın PUA məhv ediblər.

Xatırladaq ki, Azərbaycan Ordusu da 44 günlük müharibə zamanı Yak-52 adlanan, el arasında “Kukruznik” kimi tanınan təyyarələrin imkanlarından istifadə etmişdi. Ukraynalılardan fərqli olaraq, Azərbaycan hərbçiləri həmin təyyarələri xüsusi avadanlıqla təchiz edərək, düşmənin havadan müdafiə qüvvələrinin yerini təyin edirdilər. Bu plan kifayət qədər uğurlu da alınmışdı.

Fərda Uğur