Kiyev Rusiyanın dondurulmuş aktivlərindən 3 milyard avro tranş alıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz teleqram kanalında məlumat verib.
“Ukraynanın dövlət büdcəsi ERA təşəbbüsü çərçivəsində Aİ-dən üç milyard avro alıb. Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilən Avropa İttifaqının vəsaitlərinin ilk tranşıdır”, – Şmıqal yazıb.
Onun sözlərinə görə, bu pul büdcənin prioritet xərclərinə yönəldiləcək.
Qeyd edək ki, 2024-cü ilin sonunda Aİ Ukraynaya 18,1 milyard avro məbləğində ümumi Aİ kreditinin birinci tranşının 2025-ci ilin yanvarında Kiyevə veriləcəyini açıqlayıb.