Ukrayna PUA-larla Moskvaya hücum etdi

Ukrayna PUA-larla Moskvaya hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Rusiyanın regionları üzərində 174 Ukrayna PUA-sı və Qara dəniz üzərində üç “Neptun” idarəolunan raketi zərərsizləşdirilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-lar Bryansk, Rostov, Saratov, Voronej, Kaluqa, Kursk, Orlovsk, Ryazan, Tula, Belqorod, Tambov və Moskva vilayətləri, eləcə də Krım yarımadasında (Ukrayna) vurulub.

Üç “Neptun” raketi isə Qara dəniz üzərində məhv edilib.