Xəbər verildiyi kimi, sentyabrın 14-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbi əks-kəşfiyyatı Yevpatoriya yaxınlığında xüsusi əməliyyat keçirib.
Tribunainfo.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, Ukrayna PUA-larının hədəfində Rusiyanın Yevpatoriyada yerləşdirdiyi bahalı HHM kompleksləri olub.
Məlumata görə, Ukrayna PUA-ları və yerli istehsal olan “Neptun” sistemləri bu əməliyyatla 1,2 milyard dollar dəyərində Rusiyanın “Triumf” hava hücumundan müdafiə sistemini sıradan çıxarıblar.