Ukrayna prezidenti Pyotr Poroşenko 2 gündür Odessada işgüzar səfərdədir. O, burada Odessa vilayətinin Regional inkişaf şurasının iclasında, habelə şəhər bulvarında “Skarbi Odeşini” adlı yarmarkada iştirak edib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, P. Poroşenkonun bu səfəri başqa bir hadisə ilə daha çox yadda qalıb.
Belə ki, Regional inkişaf şurasının tolantısında prezidentin ayaqlarının altınakı 5 litrlik su qabı hər kəsin diqqətini cəlb edib.
Müşahidəçilər həmin plastik qabın sədarətdə oturanların heç birinin yanında olmadığını bildiriblər. Buna görə də bir çox şərhçilər bu qədər suyun Poroşenkonun rus dilindən “poxmelya” kimi daha çox tanınan səhər sərxoşluğundan ayılmaq üçün istifadə etdiyini yazıblar.
Hər halda Pyotr Poroşenko Ukraynada sosial şəbəkələrdə aktiv iştifadə edənlərin əlinə yaxşı mövzu verib.
Onlardan bəziləri hətta butulkada odekolonun və ya təmiz spirt ola biləcəyi ehtimalını irəli sürüblər.