UKRAYNA POLŞA, MACARISTAN VƏ SLOVAKİYANI MƏHKƏMƏYƏ VERƏCƏKbackend

UKRAYNA POLŞA, MACARISTAN VƏ SLOVAKİYANI MƏHKƏMƏYƏ VERƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın ticarət nümayəndəsi Taras Kaçka bildirib ki, Kiyev Polşanın meyvə-tərəvəz ixracına qarşı cavab tədbirləri görmək niyyətindədir.

Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Kiyev Polşa, Macarıstan və Slovakiyanı taxıl qadağasına görə məhkəməyə verəcək.

Bu sözləri Ukraynanın Ticarət Nümayəndəsi Taras Kaçka “Politico” ya müsahibəsində bildirib ki, bu cür hərəkətlər hüquqi baxımdan qanunsuzdur və Kiyev Polşanın meyvə və tərəvəz ixracına cavab tədbirləri görmək niyyətindədir.

Onun sözlərinə görə, Kiyev Ümumdünya Ticarət Təşkilatı ölkələrini məhkəməyə verməyi planlaşdırır. “Düşünürəm ki, bütün dünya Aİ-yə üzv ölkələrin ticarət tərəfdaşlarına və onların Birliyinə qarşı necə davrandığını görməlidir, çünki bu, digər dövlətlərə də təsir edə bilər”.

“Bizim fikrimizcə, Macarıstan və Polşanın bu tədbirləri Avropa Komissiyasına tam etimadsızlıq ifadəsidir… Bu hərəkətlərin hüquqi baxımdan qanunsuz olduğunu sübut etmək vacibdir. Ona görə də biz hüquqi prosedurlara başlayacağıq”, – Kaçka bildirib.

O, həmçinin qeyd edib ki, Polşa, Macarıstan və Slovakiya tərəfindən Brüsselə açıq itaətsizlik təkcə Aİ-nin daxili məsələsi deyil, həm də onun dediyinə görə, “ən böyük sistem problemi” – beynəlxalq ticarət tərəfdaşlarının Brüsselin Aİ adından söylədiklərinə etibar edib-etməməsi məsələsini gündəmə gətirib.