Ukrayna Penzada zavoda zərbələr endirib

Ukrayna Penzada zavoda zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Penza vilayətindəki radioelektron cihazlar zavoduna zərbələr endirib.

Tribunainfo.az UNIAN-a istinadən xəbər verir ki, nəticədə müəssisənin yeni inşa edilən istehsalat kompleksi və yük anbarı sıradan çıxıb.

Ərazidə 11 partlayış səsi eşidilib, bunun ardınca isə yanğın başlayıb.

Məlumata görə, sözügedən müəssisədə Rusiya ordusunun müxtəlif qoşun növləri üçün döyüş idarəetmə sistemləri, eləcə də səyyar komanda məntəqələri və müasir rabitə vasitələri istehsal edilir.