Ukrayna “Patriot” HHM sistemlərini NATO-nun hərbi “Wi-Fi”na qoşacaq

Ukrayna “Patriot” HHM sistemlərini NATO-nun hərbi “Wi-Fi”na qoşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ABŞ-dan aldığı Patriot sistemlərini və döyüş təyyarələrini NATO-nun “hərbi Wi-Fi”ına qoşacaq

 Tribunainfo.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin müavini Yekaterina Çernogorenkonun sözlərinə görə, ABŞ-ın Kiyevə verdiyi Patriot hava hücumundan müdafiə sistemləri, eləcə də Ukrayna Silahlı Qüvvələrinin arsenalında olan F-16 və Mirage 2000 qırıcı təyyarələri NATO-nun hərbi rabitə sisteminə – Link-16-ya qoşulacaq.

O bildirib ki, Link-16 alyansın “hərbi Wi-Fi”sı kimi tanınır və bu sistemə qoşulmaqla Ukrayna qüvvələri NATO-nun məlumat ötürülməsi və idarəetmə platformasına inteqrasiya olunacaq. Bu məqsədlə artıq müvafiq razılaşma da imzalanıb.

“Bu proqram təminatı Link-16 məlumat ötürülməsi protokolundan istifadə edən döyüş idarəetmə sisteminin bir hissəsidir,” – deyə Çernogorenko bildirib.

İmran Kərimli