Ukrayna parlamenti 268 səs ilə prezident Volodimir Zelenskini dəstəkləyən qətnaməni qəbul edib.
Tribunainfo.az xəbər verir ki, bəyannamədə Ukraynadakı demokratiyaya dəstək bildirilib və Zelenskinin səlahiyyətlərinin hərbi vəziyyətin sona çatana qədər davam etməli olduğu qeyd olunub.
“Parlament qeyd edir ki, Rusiyanın genişmiqyaslı işğalı kontekstində Ukraynada tətbiq edilən hərbi vəziyyət Konstitusiyaya uyğun olaraq seçkilərin keçirilməsinə imkan vermir. Eyni zamanda Ukrayna xalqı seçkilərin müharibə başa çatdıqdan sonra keçirilməli olmasında həmrəydir”, – deyə sənəddə bildirilir.
Qeyd edək ki, bir gün əvvəl deputatlar kifayət qədər səs toplaya bilmədiyindən bu qətnaməni qəbul edə bilməyiblər.