Rusiya təkcə Ukraynanın şərqini deyil, Odessa olmaqla Qara dəniz sahilini işğal etməyi hədəfləyib. Rusiya Dneprə qədər şərqi Ukraynanı işğal edərsə, paytaxt Xarkov olmaqla ikinci Ukrayna dövləti elan etməsinə gedə bilər. Yaxın 20 gün ərzində Ukraynaya Qərbin ayırdığı silahlar çatdırılmasa, Xarkov işğal olunsa Ukrayna iki yerə bölünə bilər. Vaşinqton başda olmaqla NATO Ukraynanın iki yerə bölünməsində maraqlıdır.
Tribunainfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, Rusiya Ukraynada taktiki üstünlüyü ələ alıb. Qərbin silahların verilməsini gecikdirməsi, Dneprin şərqinin Rusiya tərəfindən işğal edilməsinə gətirib çıxara bilər:
“Bununla Ukrayna Rusiya ilə danışıqlara məcbur edilir. Dneprin şərqi artıq Rusiyanın tam nəzarətinə keçir. Vaşinqton və Brüssel Ukraynanın şərqini Rusiya güzəştə gedir. Amma Rusiyanın dayanması mümkün görünmür. Qərb hesab edir ki, Ukrayna Qərb və Şərqdən ibarətdir. Şərqi Ukrayna Rusiya tərəfindən işğal edildikdən sonra Qərbi Ukraynanı NATO və Avropa İttifaqına qəbul edəcəklər.
Rusiya təkcə Ukraynanın şərqini deyil, Odessa olmaqla Qara dəniz sahilini işğal etməyi hədəfləyib. Rusiya Dneprə qədər şərqi Ukraynanı işğal edərsə, paytaxt Xarkov olmaqla ikinci Ukrayna dövləti elan etməsinə gedə bilər.
Rusiya Ukraynanın Şərqini tam işğal etməklə durmayacaq. Kremlin əsas strateji hədəfi Şərqi Avropa və Baltikyanı ölkələrdi. Ancaq Ukraynanın indiki hakimiyyəti Dneprin şərqini güzəştə getməyəcək. Qərb Ukraynanın Rusyanın atəşkəsə getmək şərti ilə iki yerə bölünməsi ilə razılaşarsa, Moskva Vaşinqton üzərində həlledici qələbə qazanacaq”.
Roman