Ukrayna döyüşçüləri Xarkov vilayətinin şimalında keçirdiyi yeni əməliyyat çərçivəsində 400 hektar meşə sahəsini rus hərbçilərdən tamamilə təmizləyib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Verilən məlumata görə, əməliyyat Liptsi kəndi yaxınlığında Artan, Kraken və Beynəlxalq Legion bölmələrinin döyüşçüləri tərəfindən həyata keçirilib.
“Ukrayna kəşfiyyatçılarının düşmənin taborunun müdafiə zonasını tutması, üç motoatıcı batalyonunun, “Fırtına” dəstəsinin və 11-ci Ordu Korpusunun 7-ci ayrıca motoatıcı alayının kəşfiyyat bölməsinin məhv edilməsi ilə nəticələnib”,-məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, bu əməliyyat rus hərbçilərinin Xarkov vilayətinin şimalında daha pis bir vəziyyətə düşmələrinə şərait yaradacaq.