Ukrayna ordusu Kurskda daha 3 km irəliləyib: çoxlu rus əsir götürülübbackend

Ukrayna ordusu Kurskda daha 3 km irəliləyib: çoxlu rus əsir götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu dünən Kursk istiqamətində daha 3 km irəliləyib. Tribunainfo.az xəbər verir ki, bu barədə Ukraynanın ali baş komandanı Aleksandr Sirski məlumat verib.
O bildirib ki, ordu hər şeylə təmin edilib və logistikda her hansı problem yoxdur. “Bütün cəbhə xətti boyunca döyüşlər davam edir. Vəziyyət nəzarətdədir. Bütün tədbirlər plana uyğun həyata keçirilir”.
Sirskii daha sonra bildirib ki, hazırda Kiçik Lokni şəhəri yaxınlığında şiddətli döyüşlər gedir. “Həmin istiqamətdə çoxlu sayda rus hərbçiləri əsir götürülüb”.