Bu barədə müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
“Müdafiə qüvvələri Rovnopolu nəzarətimizə qaytardılar. Biz irəliləyirik”, – deyə o yazıb.
Qeyd edək ki, Rovnopol 2022-ci ilin martında Rusiya qoşunları tərəfindən işğal edilib. Hazırda kəndin sol və sağ tərəfində Ukrayna qoşunlarının azad etdiyi yaşayış məntəqələri var.
Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Ukrayna bölmələrinin Severski Donetsk-Donbas kanalının qərb sahilinə nəzarəti bərpa etdiyini bildirib.