Ukrayna ordusu əks hücuma keçərək bəzi yaşayış məntəqələrini azad edib – FOTObackend

Ukrayna ordusu əks hücuma keçərək bəzi yaşayış məntəqələrini azad edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.

TİA.AZ bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığına istinadən xəbər verir.

Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır,

“Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır”, – məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya qoşunlarının sıradan çıxarılmış texnikasının fotolarını da nümayiş etdiriblər.

İmran Kərimli

 

40 000 AZN-dək krediti ONLAYN sifariş et!