Ukrayna Silahlı Qüvvələrinin 425-ci “Skala” adlı ayrı-ayrı hücum alayının hərbçiləri Dnepropetrovsk vilayətinin Yeqorovka kəndində və onun ətrafında fəaliyyət göstərən rus diversiya-kəşfiyyat qruplarını zərərsizləşdirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində onlarla rus hərbçisi məhv edilib. Hazırda yaşayış məntəqəsində düşmən qüvvələri qalmayıb.
Zəbt olunmuş ərazi tam nəzarətə götürüldükdən sonra Ukrayna hərbçiləri kənddə Ukrayna bayrağını ucaldıblar.









