Ukrayna ordusu Balakleyanı azad etdi – Videobackend

Ukrayna ordusu Balakleyanı azad etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Xarkov vilayətinin Balakleya şəhərini rusiyalı hərbçilərdən azad edib.

TİA.AZ xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, hazırda şəhərdə Ukrayna bayrağı dalğalanır.

Zelenski, həmçinin öz teleqram kanalında ukraynalı hərbçilərin Balakleyanın azad edilməsini məruzə etdikləri videonu da paylaşıb.

Xatırladaq ki, bir neçə gündür Balakleya şəhəri yaxınlığında Rusiya və Ukrayna hərbçiləri arasında döyüşlər gedirdi.