“Ukrayna hələ uzun illər NATO-ya üzv qəbul edilməyəcək”.
“Ukrayna hələ uzun illər NATO-ya üzv qəbul edilməyəcək”.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun təqaüddə olan türk generalı Ali Er bəyan edib.
Türkiyəli general deyib ki, hazırda Ukraynanın xərcləri NATO üçün sərfəli deyil:
“Bu gün Avropa Birliyi NATO-nun büdcəsini azaltmağa çalışır. Ukraynanın ordusu və silahlarında isə hələ də Rusiyanın təsiri qalır. Ona görə də yaxın illərdə Ukraynanın NATO-ya üzv qəbul edilməsi gündəmdə deyil. Bu gün Ukraynanın NATO-ya qəbul edilməsi ilə bağlı bu ölkənin rəhbər şəxsləri arasında da ciddi fikir ayrılığı mövcuddur. Avropa Birliyi rəsmiləri düşünür ki, indi Ukraynanın NATO-ya üzv qəbul edilməsi təşkilata faydalardan çox zərər gətirə bilər. Bu baxımdan da yaxın illər Ukraynanın NATO-ya üzv qəbul ediləcəyini düşünmürəm”.