Ukrayna “Narkointernet kralı”nı İsrailə təhvil verdi

Ukrayna “Narkointernet kralı”nı İsrailə təhvil verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna dünyada marixuananın onlayn satışı ilə məşğul olan ən böyük intetnet şəbəkəsinin təsisçisi Amos Dov Silveri İsrailə ekstradisiya edib.

TİA.AZ xəbər agentliklərinə istinadən bildirir ki, bu barədə Ukrayna Baş prokurorluğunun mətbuat katibi Larisa Sarqan tərəfindən məlumat verilib.

Amos Dov Silver həm ABŞ, həm də İsrail vətəndaşıdır. O, bu ilin martın 15-də Kiyevdə həbs olunub. Beynəlxalq axtarışda sayılan bu adam narkotik maddələrin kütləvi şəkildə satışını gerçəkləşdirən cinayətkar təşkilata rəhbərlik etməkdə ittiham olunur.

Onun həbsi Ukrayna polisi digər ölkələrin xüsusi xidmət orqnaları ilə birlikdə keçirdiyi mühüm müştərək əməliyyat hesab olunur.

11 iyulda qaldığı təcridxanadan ev həbsinə məhkum eidlən Amos bu ilin avqustun 15-də məhkəmə qərarı ilə deportasiya olunmalı idi. Əməliyyat barəsində İsrailə xəbər verməyən Ukrayna polisi məsələni özü həll etmək istəyib. Avqustun 16-da isə Amos Dov Silver Kiyevin Bosirpol hava limanından qaçmağa müvəffəq olub. Qolundakı elektron qolbaqdan qurtulmasından istifadə edən zirək cinayətkar “duty free” zonasında yoxa çıxmağı bacarıb.

Ukrayna Təhlükəsizlik Xidməti onu bir də ertəsi gün Çerkask vilayətinin Uman şəhərində tapıb. Bundan başqa UTX israilli narkotik alverçisinin qaçmasına yardım etdiyi güman olunan 3 polis əməkdaşını da saxlayıb.

Amos Dov Silver marixuananın leqallaşdırlması uğrunda mübarizə aparan fəallardan sayılır. 2017-ci ildə o, “TeleGrass” adlı sayt yaradaraq burada narkotik bitkinin onlayn satış xidmətini həyata keçirib. İsrail polisinin verdiyi xəbərə görə, saytda kokain və ekstazi həblər də satılırmış.

A.D. Silver “Telegrass”ı ilk öncə “marixuananın qanunilləşdirilməsi yolunda” aparılan ideolojik layihə kimi qələmə verirmiş.

Mart ayında o, Ukrayna təhlükəsizlik orqanları tərəfindən aldadılaraq Kiyevə gətirilib və dərhal həbs olunub. Bundan sonra Kiyevdə saytın işləməsinə baxan daha 42 nəfər tutulub.