Ukrayna Müdafiə Qüvvələri rusları Sumı vilayətində geri oturtdu – DeepState

Ukrayna Müdafiə Qüvvələri rusları Sumı vilayətində geri oturtdu – DeepState

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri Sumi vilayətinin Andriyivka kəndi yaxınlığında rus işğalçılarını geri oturdub.

Tribunainfo.az xəbər verir ki,  bu barədə “DeepState” layihəsi məlumat yayıb.

“Ukrayna Müdafiə Qüvvələri Andriyivka yaxınlığında düşməni geri oturtdu. Eyni zamanda işğalçılar Slobodne Pole, Kamenske və Plavni istiqamətində irəliləyib”, – məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasına görə, ötən sutka ərzində 134 döyüş toqquşması baş verib.

Cəbhə xəttində vəziyyət
Şimal-Slobojan və Kursk istiqamətləri: Ukrayna hərbçiləri gün ərzində işğalçıların iki hücumunu dəf edib.
Cənub-Slobojan istiqaməti: Düşmən Voloçansk, Ambarne və Zelenoye istiqamətində beş dəfə hücuma keçməyə cəhd göstərib, lakin hamısı uğursuz olub.
Kupyansk istiqaməti: Ukrayna qüvvələri Zaqryzovo və Kupyansk istiqamətində iki hücumu dəf edib.
Liman istiqaməti: Qreqovka, Redkodub, Kolodyazi, Mirne, Şandriholove, Dronovka və Serebryanka istiqamətlərində səkkiz hücum dayandırılıb.
Seversk istiqaməti: Qriqorivka, Pereyeznoe, Fedorivka və Seversk istiqamətində səkkiz dəfə hücum qeydə alınıb.
Kramatorsk istiqaməti: Çasiv Yar və ətraf kəndlərdə 11 hücum dəf olunub.
Toretsk istiqaməti: Ukrayna hərbçiləri Şerbinkovka, Pleşeyevka, Katerinovka, Poltavka və Popov Yar bölgəsində 9 hücumu dayandırıb.
Pokrovsk istiqaməti: Ən gərgin bölgə olaraq, burada düşmən 40 hücum həyata keçirib. İşğalçılar Mayak, Nikanorovka, Novoye Şaxovo, Krasnıy Liman, Novoekonomichne, Mirolubovka, Suxoy Yar, Lisovka, Zverevo, Kotlino, Udaşnoe, Orekhovo-Novuukrayinka və Rodinskoye, Pokrovsk, Balagan, Molodeckoye, Filial istiqamətində irəliləməyə çalışıblar.
Novopavlovsk istiqaməti: Ukrayna bölmələri Slobodne Pole, Maliyivka, Voskresenka, Temirovka, Olqovka və İvanovka, Zaporojskoye istiqamətində 19 hücumu dəf edib.
Dnepr istiqaməti: Düşmənin iki dəfə irəliləmə cəhdi uğursuz olub.
Cəbhədə gərginlik artır
“Dnepr” operativ-strateji qoşun qruplaşmasının nümayəndəsi Viktor Trequbov bildirib ki, hazırda Pokrovsk istiqamətində toplanan rus hərbçilərinin sayı, müharibədən əvvəl şəhərdə yaşayan sakinlərin sayından iki dəfə çoxdur.

Onun sözlərinə görə, rus ordusunun təzyiqi həmçinin Liman istiqamətində üç dəfə artıb. Trequbov əlavə edib ki, Novopavlovsk istiqamətində işğalçılar hələ də Dnepropetrovsk vilayətinə daxil olmağa çalışır.

İmran Kərimli