Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin 6 müavinini və nazirliyin dövlət katibini vəzifələrindən azad edib. Tribunainfo.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin naziri Oleq Nemçinov Telegram kanalında məlumat verib.
Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Aleksey Reznikovu müdafiə naziri vəzifəsindən azad edib.