Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin son turunda keçirilən Ukrayna–Xorvatiya qarşılaşmasından sonra 40 yaşlı ukraynalı azarkeş ölüb.
Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin son turunda keçirilən Ukrayna–Xorvatiya qarşılaşmasından sonra 40 yaşlı ukraynalı azarkeş ölüb.
TİA.AZ xəbər verir ki, onun azarkeşlik etdiyi Ukrayna millisinin uduzmasına dözməyərək ürək tutmasından öldüyü ehtimal olunur.
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko oyundan sonra jurnalistlərə açıqlamasında mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Ukrayna komandası Kiyevdə keçirilən ev oyununda 0:2 hesabı ilə uduzub.