Ukrayna ordusu Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatdan sonra bölgədə 28 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Tribunainfo.az xəbər verir ki, bunu Kurs Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksiy Smirnov deyib.
O bildirib ki, indiyə qədər 480 kv.km ərazi Ukrayna ordusunun əlindədir. “Ukraynanın nəzarəti altında olan ərazidə 2000 rusiyalının da taleyi məlum deyil. İndiyə qədər bölgədən 180 min insan təxliyə edilib.
Hazırda cəbhənin uzunluğu 12 kilometr, eni isə 40 kilometrdir”.