Ukrayna Baş Qərargah rəisi Kiyevdə keçirilən “Ukrayna 2024. Müstəqillik” adlı forumda çıxışında ölkəsinin Rusiyanın Kursk bölgəsindəki əməliyyatını dəyərləndirib.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, Kurska doğru irəliləməyə davam etdiklərini bildirən Sırski, “Bu gündən etibarən 1294 kvadrat kilometr ərazini və 100 yaşayış məntəqəsini nəzarətə götürdük” deyə bildirib.
Ukrayna ordusunun uğurlu hərəkətləri sayəsində əsir mübadiləsi fondunu yenilədiklərini qeyd edən Sirski bu günədək 594 rus əsgərinin əsir düşdüyünü bildirib.
Kursk əməliyyatının Rusiyanın gücünün istiqamətini əhəmiyyətli dərəcədə dəyişdirdiyini bildirən Sirski, “Hazırda təxminən 30 min (Rusiya) əsgərinin Kursk istiqamətinə göndərildiyini deyə bilərik. Bu say getdikcə artır” deyə qeyd edib.