Ukrayna ordusu Krımda həyata keçirdiyi əməliyyat nəticəsində Rusiyanı daha bir ağır itkiyə məruz qoyub.
Tribunainfo.az xəbər verir ki, Kiyev hərbçiləri Rusiyaya məxsus iki ədəd Be-12 “Çayka” amfibiya təyyarəsini məhv edib.
Bundan başqa, həmçin hücumlar zamanı Rusiyanın bir Mi-8 hərbi helikopteri də sıradan çıxarılıb.
Qeyd edək ki, Be-12 “Çayka” amfibiya təyyarəsi sualtı qayıqların aşkarlanması üçün nəzərədə tutulub. Olduqca bahalı olan bu təyyarələrin vurulması tarixdə nadir olan məsələlərdən hesab olunur.
Fərda Uğur