Ukrayna Krımda Rusiyanın “gözlərini kor etdi” – S-400 və radarlar BELƏ MƏHV EDİLDİ

Ukrayna Krımda Rusiyanın “gözlərini kor etdi” – S-400 və radarlar BELƏ MƏHV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) məlumatına görə, Ukrayna dronları tərəfindən Krım ərazisində Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinin əsas elementləri – radarlar və raket buraxılış qurğusu məhv edilib.

Tribunainfo.az xəbər verir ki, zərbə nəticəsində iki ədəd çoxfunksiyalı idarəetmə radiolokasiya stansiyası 92N2E, iki ədəd 91N6E aşkaretmə radiolokasiya stansiyası və bir ədəd S-400 zenit-raket kompleksinin buraxılış qurğusu sıradan çıxarılıb.

Qeyd olunur ki, radarlar düşmənin hava hücumundan müdafiə sisteminin “gözləri” hesab olunur. Onlar olmadan zenit kompleksləri döyüş qabiliyyətini itirir.

Görüntüləri təqdim edirik: