Ukrayna Müdafiə Qüvvələri Krım ərazisində Rusiyanın iki “Mi-8” helikopterini və bir yedək gəmisini vurub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, sıradan çıxarılan helikopterlərin təxmini dəyəri 20-30 milyon dollar təşkil edir.
Eyni zamanda, Sevastopol körfəzində Rusiya yedək gəmisi, ehtimal ki, “BUK-2190” da vurulub.
Görüntüləri təqdim edirik: