Ukrayna Krıma hücum etdi

Ukrayna Krıma hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə saatlarında Krımın bir neçə yaşayış məntəqəsi yaxınlığında silsilə partlayışlar baş verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, partlayışlar Sevastopol, Simferopol, Baxçasaray və Yevpatoriyada qeydə alınıb.

Bundan başqa, yarımada ərazisində raket hücumu xəbərdalığı da edilib.

Yerli sakinlərin sözlərinə görə, Krıma azı 20 raket atılıb.

Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirib ki, Krım üzərində 10 ədəd ATACMS raketi vurulub