Ukrayna Kremlə zərbə endirməyə cəhd edib – Rusiya açıqladı – Videobackend

Ukrayna Kremlə zərbə endirməyə cəhd edib – Rusiya açıqladı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna gecə Kremlə zərbə endirməyə cəhd edib”.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata görə, rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.

“Kreml Kiyev rejimi tərəfindən zərbə cəhdini Qələbə Günü ərəfəsində Rusiya Prezidentinə qarşı sui-qəsd və planlaşdırılmış terror aktı kimi qiymətləndirir”, – deyə məlumatda qeyd olunub.

Rusiyanın teleqram kanallarında Kremlin sözügedən PUA-ların zərərsizləşdirilməsindən sonrakı görüntüləri paylaşılıb. Görüntülər rəsmi olaraq təsdiq olunmayıb.