Ukrayna hərbi kəşfiyyatı gecə saatlarında Rostov ərazisində xüsusi əməliyyat həyata keçirib.
Nəticədə Azov yaşayış məntəqəsindən keçən neft kəməri partladılıb.
Rəsmi məlumatda sözügedən boru kəmərindən tankerlərə yüklənmənin qeyri-müəyyən vaxtadək dayandırıldığı bildirilib.
Ukrayna Müdafiə Nazirliyi bu addımı kəmərin hərbi məqsədlər üçün istifadə olunması ilə əlaqələndirib.
Ekspertlərin fikrincə, Rostova ukraynalı kəşfiyyatçıların sızması sual doğurur. Belə aydın olur ki, ya sərhədlərdə nəzarət zəifdir, ya da Rusiyada Kiyevə işləyən qüvvələr var. Çünki əməliyyat keçirilib və gecə saatlarında baş tutub. O deməkdir ki, Ukrayna hərbi kəşfiyyatı Rostova qədər irəliləyə bilib. Halbuki Rostovla Ukrayna arasında xeyli məsafə var. Bununla da Rusiyanın başladığı işğalçı müharibə tədricən öz ərazilərinə keçir. Artıq elə bir rus şəhəri qalmayıb ki, bombalanmasın. Təhlilçilərin qənaətinə görə, Ukrayna yardımların gecikməsi fonunda uğurlu əməliyyatlar həyata keçirir və Rusiyanın neft sənayesinə, emal zavodlarına ciddi zərbələr endirir. Halbuki Qərb bundan çəkinməyə çağırır, amma Kiyev əməl etmir.
Roman