Ukrayna İranın daha 8 PUA-sını məhv etdibackend

Ukrayna İranın daha 8 PUA-sını məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Zaitsevo, Baxmutskoye, Baxmut, Odradovka, Pervomayskoye, Spirnoe və Vyemka yaşayış məntəqələri ərazilərində rusların hücumlarını dəf ediblər.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müdafiə qüvvələrinin aviasiyası gün ərzində dörd zərbə endirib. Düşmənin iki silah və hərbi texnikasının toplandığı yerin, eləcə də iki zenit-raket kompleksinin məhv edilməsi təsdiqlənib.

Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiə bölmələri səkkiz ədəd İran istehsalı olan “Şahid” pilotsuz uçuş aparatını vurub.