“Ukrayna inqilabından 5 il ötsə də, yadda ən çox “youtube”-da yayımlanan Sergey Kemskinin öldürülməsi ilə bağlı epizod qalıb
“İndenpendent” qəzetindən Oliver Keroll həmin videonu təsvir edir: “İnstitut küçəsində Kemski snayper gülləsindən yerə yıxılır. Daha sonra yerdə sürünməyə cəhd edərkən ikinci, ölümcül güllə onu əbədi olaraq yerə sərir”.
Kemskinin ölümünə görə, Ukraynanın “Berkut” xüsusi təyinat dəstəsinin 5 üzvü mühakimə olunur.
Müəllfin fikrincə, Ukraynada Maydan inqilabının əsas məqsədləri sonradan bir qrup şəxlsərin ambisiyalarına qurban gedib. Öncələr küçələrə axışan insanların əllərində Avropa Birliyinin bayraqları var idisə, onları sonradan Ukrayna üsyançı ordusunun bayraqları əvəzləyib.
Müəllif Ukrayna inqilabının köməyi ilə hakimiyyətə gələnlərin sadə xalqın ümdlərini doğrultmadığını yazır.
“Ukrayna iqtiasadiyyatı hələ də bir qrup oliqarxın əlində qalmaqda davam edir. Onlardan yalnız az bir hissəsi əvvəlki güclərini itiriblər. Prokurorluqdan hələ də siyasi rəqiblərə, xüsusilə müstəqil jurnalistlərə qarşı silah kimi istifadə olunur. Yaxınlaşan və şübhəsiz ki, çirkin keçmişə malik seçkilər isə prezident postuna köhnə qvardiyadan daha bir şəxsi Yuliya Timoşenkonu hakimiyyətə gətirə bilər.
“Mənim oğlumun qanı yerdə axdı, lakin bizim gözlədiyimiz dəyişikliklər baş vermədi. Korrupsiya əvvəlki kimi qalır, heç kim törətdiyi cinayətlərə görə cəzlandırılmır”,-deyə Sergey Kemskini anası Tamara Kemskaya müəllifə bildirib.
Qəzet inqilabdan sonra Ukraynanın Krımın əldən getdiyini və şərq vilayətlərini bir hissəsinin işğal olunduğunu gördüyünü xatırladır. Özü də problemin sonunun nə olacağı hələ bilinmir.
Buna rəğmən məqalədə Maydanla bağlı sırf ondan sonrakı hadisələrə görə qiymət verilməsini doğru olmadığı qeyd edilib.
“Sonradan baş verən hadsisələr (torpaqlaırn bir hissəsinin işğalı da daxil olmaqla) Rusiyanın əks-inqilabi fəaliyyəti ilə Qərbin hərəkətsizliyinin sintezindən doğub. Maydan inqilabı Ukraynanı postsovet kursundan uzaqlaşdırmaqla yanaşı hökumətə yeni simaları da gətirdi. 5 il sonra Maydanın bütün bunlara dəydiyini demək olar. Yalnız burada ən faciəvi cəhət olaraq müharibəni saymaq laımdır”, -deyə məqalədə qeyd olunub.