Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Ər-Riyadda keçirilən danışıqlar çərçivəsində Ukraynadakı münaqişənin dinc yolla nizamlanmasına dair üçmərhələli plana dair təklif irəli sürüblər.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı yayıb.
Danışıqlardan məlumatlı bir neçə xarici diplomatik mənbənin bildirdiyinə görə, sözügedən plan bu üç mərhələdən ibarətdir: atəşkəs, Ukraynada yeni seçkilərin keçirilməsi və yekun sazişin imzalanması.
Mənbələrin sözlərinə görə, Ukraynada yeni prezident seçkilərinin təşkili sülh prosesinin uğurlu olması üçün əsas şərt olaraq nəzərdən keçirilir.