Ukraynanın hərbi ehtiyaclar üçün gündəlik xərcləri 136 milyon dollardan, aylıq isə 4 milyard dollardan çoxdur.
Tribunainfo.az xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
O əlavə edib ki, Ukrayna hökuməti bu ilin sonunda sosial və humanitar proqramlara ayrılan büdcə vəsaitlərinə qənaət etməlidir.
Qeyd edək ki, Ukraynada 2024-cü il üçün 43,9 milyard dollarlıq büdcə kəsiri planlaşdırılır.