Ukrayna hərbçiləri Luqansknın daha bir yaşayış məntəqəsini azad edibbackend

Ukrayna hərbçiləri Luqansknın daha bir yaşayış məntəqəsini azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilib.

Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir. Bu ilin iyulunda Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.