Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Novodarovka yaşayış məntəqəsini işğaldan azad edib.
Tribunainfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.
Qeyd olunub ki, ərazilərin yenidən işğalı üçün Rusiya ordusunun cəhdləri uğursuzluqla nəticələnib.
Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində 250 metrdən 700 metrə qədər irəliləyib.
Onun sözlərinə görə, bu istiqamətdə gedən döyüşlərdə 66 rus hərbçisi məhv edilib, 83-ü yaralanıb, 3-ü əsir götürülüb.