Ukrayna hər ay 1 milyard dollarlıq silah alır: Daha 5 milyard veriləcək

Ukrayna hər ay 1 milyard dollarlıq silah alır: Daha 5 milyard veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte bildirib ki, ilin sonuna qədər Ukrayna müttəfiqlərindən PURL dəstək proqramı çərçivəsində  5 milyard dollar hərbi yardım ala bilər.

Tribunainfo.az xəbər verir ki, baş katib bunun son dərəcə vacib avadanlıqlar olduğunu qeyd edib.

Onun sözlərinə görə, Avropa ölkələri son bir neçə ildə əhəmiyyətli töhfələr verib. “Lakin müəyyən imkanlar var ki, onları yalnız ABŞ təmin edə bilər. Prezident (ABŞ Donald – red.) Tramp Kanada və Avropa müttəfiqlərinin Amerika silahlarını maliyyələşdirməsini təmin etməyə razılaşıb”.

Rutte onu da vurğulayıb ki, Ukrayna hər ay təxminən 1 milyard dollar dəyərində silah alır.

Fərda Uğur