Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Hilarion Pavlyuk bildirib ki, Kiyev bu il əvvəllər olmayan silahlar alacaq. Tribunainfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Общественное” nəşri məlumat yayıb.
“Bu il biz hələ mövcud olmayan silahlar alacağıq və bu… logistik qovşaqları vurmağa kömək edəcək”, – Pavlyuk bildirib.
Bundan əlavə, onun sözlərinə görə, döyüş sursatı və silah istehsalının artırılması məsələləri müzakirə olunub.
“Bu il bir neçə ştatdan böyük yardım paketləri olacaq”, – spiker əlavə edib.