Ukrayna Voronej vilayətinin Liski şəhərindəki neft bazasına yenidən PUA-larla hücum edib.
Tribunainfo.az xəbər verir ki, Voronej vilayətinin rəhbəri Aleksandr Qusev hücumu təsdiqləyib. O qeyd edib ki, zərbə nəticəsində bazada yeni yanğın başlayıb. Eyni zamanda, yanğınsöndürənlər yanvarın 16-na keçən gecə vurulan zərbə nəticəsində başlayan əvvəlki yanğını hələ də söndürməyiblər. Rəsmi məlumatlara görə, son zərbədən sonra itki və dinc sakinlər üçün təhlükə yoxdur.
Rusiya ordusu üçün raketlər istehsal edən Smolensk təyyarə zavodunun da vurulduğu bildirilir. Bu barədə “teleqram” kanalları şəhər sakinlərinə istinadla məlumat yayıb. Orada yanğın başlayıb. Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib ki, hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib, heç kim xəsarət almayıb. O əlavə edib ki, bəzi binalarda yanğınlar baş verib.
Rusiya Müdafiə Nazirliyi isə bir gecədə 55 PUA-nın vurulduğunu bildirir.