Ukrayna Müdafiə Qüvvələri Xarkovun şimalında əks-hücum əməliyyatını davam etdirərək Rusiya Silahlı Qüvvələrini Rusiya sərhəddinə sıxışdırıblar. Əsgərlər bir neçə yaşayış məntəqəsini azad etməyə nail olublar.
TİA.AZ xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilib.
Ukrayna ordusunun əks-hücum əməliyyatı azad edilmiş Starıy Saltovun şimalında davam edib.
Qeyd edilib ki, Rusiya qüvvələri demək olar ki, Rusiya Federasiyasının sərhəddinə geri çəkilib.