Oktyabrın 13-ü Ukraynada televiziya kanalları üçün dil kvotası qanunu qüvvəyə minib.
Oktyabrın 13-ü Ukraynada televiziya kanalları üçün dil kvotası qanunu qüvvəyə minib. Qanun ümummilli televiziya kanallarının üzərinə yayımların azı 75%-nin Ukrayna dilində aparılması öhdəliyi qoyur.
Novator.az xəbər verir ki, sənədə əsasən, gün ərzində Ukrayna dilində yayımlanan veriliş, film və xəbərlər ümumi efir müddətinin ən azı 75%-ni təşkil etməlidir.
Yerli teleradio şirkətləri isə verilişlərinin ən azı 50%-ni Ukrayna dilində yayımlamalı olacaq.
1991-ci il avqustun 1-nə qədər hazırlanan veriliş və filmlərə kvota şamil olunmur. Onları Ukrayna dilində subtitrlə vermək kifayətdir.
Kvota qanununa riayət etməyən telekanalları cərimə gözləyir.