Ukrayna dronları rusları təşvişə salıbbackend

Ukrayna dronları rusları təşvişə salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərdən məlum olub ki, son sutkada Ukrayna ordusunun dronları Krıma kütləvi hücuma keçib.

Tribunainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalı ekspert Sergey Qorbaçev bu məlumatı şərh edib və bildirib ki, dronlar bizim həyatımızı dəyişəcək.

O eyni zamanda çağırış edib ki, dronlarla bağlı məsələ  beynəlxalq səviyyədə müzakirə edilməlidir.

“Ukrayna dronları ilə təhlükə yaradır və hər kəsi təhdid edir. Kimliyindən və harada olmasından asılı olmayaraq hər kəsi təhdid edir”, – deyə ekspert qeyd edib və əlavə edib ki, hər şeyə hazır olmalıyıq.