Ukrayna Təhlükəsizlik Xidməti bir müddət öncə Suriyada öldürülən rusiyalı general Valeri Asapovla birgə Donbasda separatçılara rəhbərlik edən daha iki generalın şəxsiyyətini müəyyənləşdirməyi bacarıb.

Axar.az xəbər verir ki, ölkə kəşfiyyatı bu şəxlərin general-leytenant Mixail Teplinski və general-mayor Valeri Şaraqov olduğunu bildirib. Belə ki, məhz Teplinski 2015-ci ilin avqustundan 2016-cı ilin avqustuna qədər Asapovla Şaraqovun komandiri olub. Donbasda xidmət keçdikdən sonra hər üç generalın vəzifəsi yüksəldilib və onlar başqa xidmət yerlərinə göndəriliblər.
Teplinski Donbasla bərabər Dnestryanı savaşında, I və II Çeçen savaşlarında, 2008-ci il Gürcüstan-Rusiya müharibəsində iştirak edib. Teplinski Donbasdan sonra 2017-ci ilin martında Rusiya Cənub Hərbi Dairəsinin komandirinin müavini təyin olunub.
Şaraqova gəlincə isə o, Moldovada anadan olub. General-mayor Almaniya, Əfqanıstan, Uzaq Şərqdə xidmət keçib. Donbas savaşı zamanı Teplinskinin müavini olub. Şaraqov 1 il ərzində Donbasdakı bütün rus qoşunlarının fəaliyyətinə nəzarət edib. Donbasda o, “Muskat” ləqəbi ilə məşhur olub.