Ukrayna dili məcburi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti ukraynacanın dövlət məktəblərində beşinci sinifdən məcburi tədrisi barədə qanunu imzalayıb.
 Ukrayna prezidenti ukraynacanın dövlət məktəblərində beşinci sinifdən məcburi tədrisi barədə qanunu imzalayıb.

Petro Poroshenko-nun sentyabrın 25-də imzaladığı qanunu ölkənin etnik azlıqları tənqid edirdi. Qanun digər dillərin tədrisini yasaqlamır, şagirdlər öz ana dillərini ayrıca fənn kimi öyrənə bilərlər. Ancaq bununla belə, Ukraynada etnik azlıqlar olan polyaklar, rumınlar və macarlar bu qanundan xeyli əndişələnib.

Rusiya özəlliklə sərt tənqidi mövqeyi ilə seçilib, iddia edib ki, bu qanunun məqsədi «çoxmillətli ölkədə monoetnik dilli rejim yaratmaqdır».

Ukraynanın şərqində əhalinin əksəriyyəti əsas dil kimi rusca danışır.

2012-ci ildə ovaxtkı rusiyapərəst prezident Viktor Yanukovych isə başqa qanun imzalamışdı. Regionlarda əhalinin 10 faizindən çoxunu təşkil edən azlıqlara öz dillərini keçməyə icazə verilirdi.