London yüksək məhkəməsi Ukraynanın Rusiya qarşısındakı 3 milyard dollar borcuna dair iddiaya baxır.
London yüksək məhkəməsi Ukraynanın Rusiya qarşısındakı 3 milyard dollar borcuna dair iddiaya baxır.
TİA.AZ xəbər verir ki, kreditin taleyi Pasxaya qədər bəlli olacaq. Ekspertlər hesab edir ki, ən yaxşı halda Kiyev maliyyə yardımı xahişi ilə Qərbə müraciət edəcək. Ən pis ssenaridə defolt elan edəcək.
Xatırladaq ki, 2015-ci ildə Kiyev 3 milyard dollar borcu ilə bağlı defolt elan etmişdi. Borca gəlincə, məbləğ Ukraynaya Viktor Yanukoviçin hakimiyyəti dövründə verilib. Kreditin ilkin məbləğinin 15 milyard dollar olması nəzərdə tutulurdu. Sonradan Moskva fikrini dəyişdi və Yanukoviçə 3 milyard dollar verdi. Ukraynanın borca qarşı defolt elan etməsindən sonra Rusiya London Yüksək Məhkəməsinə müraciət etdi. Artıq işlə bağlı məhkəmədəki dinləmələr başa çatıb. Onu da bildirək ki, Pasxa bu il aprelin 16-na təsadüf edəcək.