Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Saturn” yedək gəmisini məhv edib.
Tribunainfo.az xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatı gecə hücumunun videosunu nümayiş etdirib.
Videoya əlavə olaraq deyilir: “”Saturn” artıq üzməyəcək – Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Rusiya yedək gəmisini məhv edib”.
Qeyd olunur ki, hücum iyunun 6-da müvəqqəti işğal olunmuş Krım sahillərində Baş Kəşfiyyat İdarəsinin 9-cu şöbəsi tərəfindən həyata keçirilib.