Ukrayna daha bir mövqedə möhkəmlənib – Rusiya panikada…backend

Ukrayna daha bir mövqedə möhkəmlənib – Rusiya panikada…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 6-dan başlayan Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumları davam edir. Tribunainfo.az xəbər verir ki, Kiyev ordusu 6 gün ərazində Kurskda bir neçə yaşayış məntəqəsini ələ keçirib.
Dünən isə məlum olub ki, Ukrayna ordusu Kursk vilayətində daha bir mövqedə möhkəmlənməyi bacarıb. Müharibənin Tədqiqi İnstitutunun (MTİ) yaydığı xəbərə görə, söhbət Kursk şəhərinin 10 km-də yerləşən strateji əhəmiyyətli yaşayış məntəqələrindən gedir. Həmin məntəqələ artıq Ukrayna ordusunun nəzarətindədir.
Sözügedən mərkəz qeyd edib ki, bu hücumların qarşısını almaq üçün Rusiyanın iki yolu var. Birincisi, Ukraynadakı qüvvələri çıxarıb, onları Kurska gətirməkdir. Ki, bu zaman cəbhədə hər şey Ukraynanın xeyrinə dəyişəcək. Bir çox ərazilər geri qaytarılacaq. İkincisi isə daxili imkanlar hesabına Kursku qoruyub, saxlamaqdır ki, hazırda Rusiyanın buna gücü çatmayacaq. Çünki bütün resurslarını Ukrayna cəbhəsinə yönəldib.
MTİ onu da qeyd edib ki, Rusiya bundan sonra Ukrayna ilə sərhəddi bərpa etmək üçün 1000 km uzunluğunda yeni cəbhə yaratmaq məcburiyyətində qalacaq.