Rusiyanın Qara dənizdə təcavüzkar addımı ilə bağlı Ukraynanın Hərbi Dəniz Qüvvələrinin bütün heyəti həyəcanla qaldırılıb. Odessada yerləşən gəmilər dünən axşamdan dənizə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə TSN kanalının hazırladığı süjetdə deyilib. Bildirilib ki, bütün güc strukturların gücləndirilmiş iş rejiminə keçib.
Odessalıların Rusiya konsulluğuna hücumunun qarşısını almaq və qorumaq məqsədilə hüquq-mühafizə orqanları əlavə qüvvə gətiriblər.
Səhər saatlarından odessalıların etiraz aksiyalarına başlayacağı bildirilir.
Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Rusiya FTX isə 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb.