Ukrayna bu şəhəri də vurdu – Sənaye zonasında partlayışlar

Ukrayna bu şəhəri də vurdu – Sənaye zonasında partlayışlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin (AFU) kamikadze pilotsuz təyyarələri Stavropola hücum edib. Məlumatı Mash Telegram kanalı yayıb.

Tribunainfo.az xəbər verir ki, ən azı dörd pilotsuz uçuş aparatı (PUA) Mixaylovsk istiqamətindən uçarkən görüntülənib. Yerli sakinlər “Ağ şəhər” yaşayış kompleksinin ərazisində aşağı hündürlükdə obyektlər gördüklərini yazırlar. Stavropolun sənaye zonasında partlayış səsləri eşidilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Hadisə ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Ukrayna Krasnodar diyarına zərbə endirib. Soçiyə və Sirius federal ərazisinə kütləvi şəkildə hücum edilib, neft anbarı vurulub.

Musavat.com