Ukrayna bu məsələdə Kanadanın icazəsini aldıbackend

Ukrayna bu məsələdə Kanadanın icazəsini aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna göndərdiyimiz silah-sursat və hərbi texnikadan Rusiya ərazisində istifadə edə bilər.

Bu barədə Kanadanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, rəsmi Kiyevə bununla bağlı məhdudiyyət qoyulmayıb.

Nazirliyin açıqlamasında Ukrayna hökumətinə 8 ədəd “Leopard 2A4” tankı, onlarla zirehli maşın, yüzlərlə zirehli patrul avtomobili və bir neçə ədəd “M-777” artilleriya qurğusu göndərildiyi bildirilib.

Bununla belə Kanada tərəfindən verilən hərbi yardımın indiyədək Rusiyada istifadə olunub-olunmadığı açıqlanmayıb.

Qeyd edək ki, 2022-ci ildən bu yana adı çəkilən ölkə Ukraynaya 4.5 milyard dollarlıq hərbi yardım edib.